- Millətlər liqası
- 00:07 17.11.2026
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş futbolçu Kriştiano Ronaldonun anası Dolores Aveyru tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis Uels millisi ilə keçiriləcək qarşılaşma ərəfəsində təşkil olunan mətbuat konfransında bu mövzuya toxunub.
Jorje Jezuş isə açıqlamasında Ronaldonun anasına hörmətlə yanaşdığını vurğulayıb:
“İndi bir də Ronaldonun anasına cavab verməliyəm? Mənim də anam var. Ronaldonun anası çox hörmət etdiyim xanımdır. Nə deyə bilərəm? Ana elə anadır. Onun dediklərini anlayışla qarşılayıram”.
Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə məğlub olub. Görüşdən sonra Kriştianu Ronaldunun anası Dolores Aveyru oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini bildirib. O, Danimarkanın qələbəsinə sevindiyini də etiraf edib.