17 noyabr 2026. Çərşənbə axşamı

Almaniya Niderlandı 5 cavabsız qolla məğlub etdi


Almaniya Niderlandı 5 cavabsız qolla məğlub etdi

UEFA Millətlər Liqasının A Liqasının II qrupunda Almaniya və Niderland yığmaları arasında keçirilən sonuncu turun mərkəzi qarşılaşması meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Berlindəki “Olimpiştadion”da baş tutan görüşdə Almaniya millisi rəqibini 5:0 hesabı ilə məğlub edib.

Matçda hesab 41-ci dəqiqədə açılıb. Almaniya millisinin hücumçusu Derri Şerhant kapitan Coşua Kimmixin ötürməsindən sonra fərqlənib.

İkinci hissədə meydan sahibləri üstünlüklərini daha da artırıblar. Florian Virts 60-cı dəqiqədə hesabı 2:0 edib. Beş dəqiqə sonra Brayan Qrudanın ötürməsindən sonra Niko Şlotterbek üçüncü qolu vurub.

71-ci dəqiqədə Virts Qrudanın daha bir məhsuldar ötürməsindən sonra dublunu rəsmiləşdirib. 77-ci dəqiqədə isə Qruda matçda son nöqtəni qoyaraq yekun hesabı müəyyənləşdirib – 5:0.

Bu qələbədən sonra Almaniya millisi 11 xalla II qrupda birinci yeri tutub. Niderland və Yunanıstan yığmaları da eyni xala malik olsalar da, müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.







Millətlər liqası

Cəbəllütariq Malta ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:50 17.11.2026
Cəbəllütariq Malta ilə heç-heçə etdi
İsveçrə Şotlandiyanı darmadağın etdi
  • Millətlər liqası
  • 01:48 17.11.2026
İsveçrə Şotlandiyanı darmadağın etdi
Poçettino ABŞ millisi ilə son oyununa çıxacaq
  • Millətlər liqası
  • 23:44 16.11.2026
Poçettino ABŞ millisi ilə son oyununa çıxacaq
“Dominik Soboslai növbəti oyuna hazırdır”
  • Millətlər liqası
  • 23:30 16.11.2026
“Dominik Soboslai növbəti oyuna hazırdır”
Lixtenşteyn Litva səfərində məğlub olub
  • Millətlər liqası
  • 23:10 16.11.2026
Lixtenşteyn Litva səfərində məğlub olub