- Millətlər liqası
- 01:55 17.11.2026
UEFA Millətlər Liqasında İsveçrə millisi Şotlandiya yığmasını 4:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, İsveçrəlilər ikinci hissənin əvvəlində vurduqları iki qolla üstünlüklərini daha da artıraraq inamlı qələbə qazanıblar.
Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Şotlandiya millisinin futbolçusu Lyuis Ferqyuson avtoqol müəllifi olub.
Fasilədən sonra İsveçrə yığması qısa müddətdə daha iki qol vurub. 47-ci dəqiqədə Uinsli Boteli fərqlənib, bundan dörd dəqiqə sonra isə Alvin Sanşes hesabı 3:0-a çatdırıb.
Qonaqlar böyük hesablı məğlubiyyətdən qaçmağa çalışsalar da, oyunun gedişini dəyişə bilməyiblər. Zeki Amduni 89-cu dəqiqədə İsveçrənin dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
İsveçrə millisi 16 xalla qrupda birinci yeri tutaraq A Liqasına yüksəlib. Şotlandiya yığması isə 7 xalla dördlükdə üçüncü olub.