- Millətlər liqası
- 02:05 17.11.2026
“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “Madrid Xtra”ya istinadən məlumatına görə, fransalı futbolçu Ronaldonun futbol tarixində xüsusi yerə malik olduğunu və onu əvəz etməyin çətin olacağını bildirib:
“Kriştiano mütləq əfsanədir, əsl zəhmətkeşdir. O, heç vaxt çalışmağı, qol vurmağı və kuboklar qazanmağı dayandırmır.Ronaldonun Portuqaliya millisi qarşısındakı xidmətləri tarixi əhəmiyyət daşıyır. Onu əvəz etmək çox çətin olacaq”.
Qeyd edək ki, noyabrın əvvəlində Portuqaliya millisinin 41 yaşlı hücumçusu beynəlxalq karyerasını başa çatdırdığını açıqlayıb.
Qrizmann karyerası ərzində “Atletiko Madrid”, “Barselona” və Fransa millisində çıxış edib. Kriştiano Ronaldo isə 23 il ərzində Portuqaliya millisinin formasını geyinib.