- Millətlər liqası
- 00:46 18.11.2026
İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, qrup mərhələsində mübarizəni dayandırmağın məyusedici olduğunu, lakin komandanın düzgün istiqamətdə irəlilədiyini bildirib.
“İrəli, uşaqlar! Mübarizəni dayandırmaq məyusedicidir, amma biz düzgün yoldayıq. Gənc futbolçularımızı ayrıca qeyd etmək istəyirəm.
Martda daha güclü olacağıq”, – deyə Mançini yazıb.
Qeyd edək ki, İtaliya millisi Millətlər Liqasının qrup mərhələsini 10 xalla üçüncü pillədə başa vurub. Belçika 12 xalla ikinci, Fransa isə 13 xalla birinci yeri tutub.
Xatırladaq ki, qrup mərhələsinin son turunda İtaliya səfərdə Belçikaya 1:4 hesabı ilə məğlub olub.
Roberto Mançini üçillik fasilədən sonra iyul ayında yenidən İtaliya millisinin baş məşqçisi təyin edilib. Onun müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.