- Millətlər liqası
- 02:12 18.11.2026
UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin VI turunda Norveç millisi səfərdə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, görüşün taleyi son dəqiqələrdə həll olunub.Kopenhagendəki “Parken” stadionunda keçirilən qarşılaşmada hesabı 11-ci dəqiqədə Rasmus Höylund açıb. Dörd dəqiqə sonra Pyer-Emil Höybyerq Danimarkanın üstünlüyünü iki topa çatdırıb.
Norveç millisi 31-ci dəqiqədə Erlinq Holandın qolu ilə fərqi azaltmağa çalışsa da, VAR yoxlamasından sonra qol ləğv edilib. Lakin 37-ci dəqiqədə Martin Odeqorun ötürməsindən sonra Holand fərqlənərək hesabı 2:1 edib.
Matçın 84-cü dəqiqəsində Martin Odeqor tarazlığı bərpa edib. Əlavə olunmuş 6-cı dəqiqədə isə Erlinq Holand penaltini dəqiq yerinə yetirərək Norveçə 3:2 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra hər iki komandanın aktivində 9 xal olub. Norveç millisi qrupda ikinci yeri tutaraq 1/4 finala yüksəlib. Danimarka isə üçüncü pillədə qərarlaşıb və A Liqasında yerini qorumaq üçün pley-off mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar əvvəlki turnirin finalında İspaniya ilə əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa vurub, penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəliblər.