18 noyabr 2026. Çərşənbə

Portuqaliya Uels səfərində çətin qələbə qazandı


Portuqaliya Uels səfərində çətin qələbə qazandı

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə A Liqasının 4-cü qrupunun sonuncu – VI turunda Portuqaliya millisi səfərdə Uelsə 3:2 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda keçirilən görüşü almaniyalı hakim Sven Yablonskinin rəhbərlik etdiyi briqada idarə edib.

Matçda hesabı 11-ci dəqiqədə qonaqların kapitanı Bruno Fernandeş açıb. O, Joau Neveşin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Cəmi iki dəqiqə sonra Devid Bruks Rubin Kolvilin ötürməsindən sonra tarazlığı bərpa edib.

41-ci dəqiqədə Bruksun məhsuldar ötürməsindən sonra Sorba Tomas Uelsi hesabda önə çıxarıb. Lakin portuqaliyalılar fasiləyə qədər hesabı bərabərləşdiriblər. 43-cü dəqiqədə Fransişku Trinkauunun ötürməsindən sonra Pedro Neto fərqlənib – 2:2.

Oyunun 70-ci dəqiqəsində qonaqların hücumçusu Karlos Forbs Portuqaliya millisinin üçüncü qolunu vurub. 72-ci və 74-cü dəqiqələrdə iki sarı vərəqə alan Pedro Neto meydandan qovulub və Portuqaliya yığması matçın qalan hissəsini azlıqda keçirib. Buna baxmayaraq, qonaqlar üstünlüyü qoruyaraq qələbə qazanıblar.

Bu nəticədən sonra Portuqaliya 15 xalla 4-cü qrupda birinci yeri tutub. Uels isə 3 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.







Millətlər liqası

“Martda daha güclü olacağıq”
  • Millətlər liqası
  • 00:46 18.11.2026
“Martda daha güclü olacağıq”
“Ronaldonu əvəz etmək çox çətin olacaq”
  • Millətlər liqası
  • 02:05 17.11.2026
“Ronaldonu əvəz etmək çox çətin olacaq”