- Millətlər liqası
- 02:12 18.11.2026
UEFA Millətlər Liqasının sonuncu turunda Macarıstan və Şimali İrlandiya yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan görüşün nəticəsinə əsasən, Şimali İrlandiya birbaşa A Liqasına yüksəlib, Macarıstan isə pley-off mərhələsində mübarizə aparacaq.
Qarşılaşmada hesabı 35-ci dəqiqədə Barnabaş Varqa açaraq Macarıstan millisinin üstünlüyünü təmin edib. Lakin Şimali İrlandiya yığması 65-ci dəqiqədə Devinninin qolu ilə tarazlığı bərpa edib.
Qələbə qazanmaq üçün hücumlarını artıran Macarıstan millisi istəyinə çatmayıb və tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Beləliklə, Şimali İrlandiya 12 xalla qrupda birinci yeri tutaraq A Liqasına yüksəlib. 11 xal toplayan Macarıstan isə ikinci pillədə qərarlaşıb və yazda daha yüksək liqaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak edəcək.