- Millətlər liqası
- 02:12 18.11.2026
UEFA Millətlər Liqasının son turunda Polşa və İsveç milli komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, ilk hissədə hər iki komandanın qol vurduğu qarşılaşmada tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.
Görüşdə hesabı 16-cı dəqiqədə Adrian Benediçak açaraq Polşa yığmasını önə çıxarıb. İsveç millisi isə 24-cü dəqiqədə Huqo Larssonun qolu ilə tarazlığı bərpa edib.
Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandalar hərəyə bir xal qazanıblar.
Beləliklə, İsveç millisi A Liqasına yüksəlmək hüququ qazanıb. Polşa yığması isə qrupda üçüncü yeri tutub.