18 noyabr 2026. Çərşənbə

İrlandiya Kosovoya üç cavabsız qol vuraraq pley-offa vəsiqə qazanıb


İrlandiya Kosovoya üç cavabsız qol vuraraq pley-offa vəsiqə qazanıb

UEFA Millətlər Liqasının qrup mərhələsində İrlandiya millisi Kosovonu 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın taleyinə qonaq komandanın müdafiəçisi Kresnik Hayrizinin erkən qırmızı vərəqə alması da ciddi təsir göstərib.

Görüşün 26-cı dəqiqəsində Hayrizi meydandan qovulub. Bundan cəmi iki dəqiqə sonra İrlandiya penaltidən yararlanmaq hüququ qazanıb. Troy Parrott 28-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb.

İkinci hissədə Parrott daha bir penalti zərbəsini qola çevirərək dubl edib və meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Matçda son nöqtəni isə 75-ci dəqiqədə Cek Moylan qoyub. O, Kosovonun qapısına üçüncü qolu vuraraq İrlandiyanın 3:0 hesablı qələbəsini rəsmiləşdirib.

Beləliklə, 8 xal toplayan İrlandiya millisi A Liqasına yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq. Kosovo yığması isə qrupda üçüncü yeri tutub.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb