18 noyabr 2026. Çərşənbə

Avstriya İsraillə heç-heçə edərək Millətlər Liqasının A Liqasına yüksəlib


Avstriya İsraillə heç-heçə edərək Millətlər Liqasının A Liqasına yüksəlib

UEFA Millətlər Liqasının sonuncu turunda İsrail və Avstriya milli komandaları 1:1 hesablı heç-heçə ediblər.

90deqiqe.Az-ın məlumatına görə,bu nəticə Avstriya yığmasının qrup lideri kimi A Liqasına yüksəlməsinə kifayət edib.

Qarşılaşmada hesabı 36-cı dəqiqədə Dor Perets açıb və İsrail millisini önə keçirib. Meydan sahibləri fasiləyə minimal üstünlüklə yollansalar da, bu hesabı oyunun sonunadək qoruya bilməyiblər.

62-ci dəqiqədə Saşa Kalyayciç Avstriya millisinin bərabərlik qolunu vurub. Görüşün qalan hissəsində hesab dəyişməyib və komandalar hərəyə bir xal qazanıblar.

Beləliklə, 12 xal toplayan Avstriya qrupda birinci yeri tutaraq A Liqasına yüksəlib. Altı oyunda 4 xal qazanan İsrail isə kvartetdə sonuncu – dördüncü pillədə qərarlaşıb.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb