- Millətlər liqası
- 02:19 18.11.2026
UEFA Millətlər Liqasının qrup mərhələsində Bosniya və Herseqovina millisi Rumıniya yığmasına 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri hesabda geri düşsələr də, əzmkar qələbə qazanmağı bacarıblar.
Qarşılaşmada hesabı 6-cı dəqiqədə Daniel Bırlidca açaraq Rumıniya millisinin önə keçməsini təmin edib. Bosniya və Herseqovina yığması fasiləyə az qalmış, 44-cü dəqiqədə Benyamin Tahiroviçin qolu ilə tarazlığı bərpa edib.
İkinci hissədə komandalar üstünlük uğrunda mübarizə aparıblar. Görüşün 82-ci dəqiqəsində Esmir Bayraktareviç Rumıniya millisinin qapısına yol taparaq Bosniya və Herseqovinaya qələbə qazandıran qolu vurub.
Beləliklə, Bosniya və Herseqovina A Liqasına yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq. Rumıniya millisi isə qrupda sonuncu yeri tutub.