18 noyabr 2026. Çərşənbə

Ukrayna Gürcüstana qalib gələrək Millətlər Liqasının B Liqasında yerini qoruyub


Ukrayna Gürcüstana qalib gələrək Millətlər Liqasının B Liqasında yerini qoruyub

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Ukrayna millisi Gürcüstan yığmasını 1:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bu qələbə ukraynalılara qrupda üçüncü yeri tutmağa və B Liqasında qalmağa imkan verib.

Ardıcıl üç məğlubiyyətdən sonra meydana çıxan Ukrayna millisi matça sürətli başlayıb. Görüşün ilk dəqiqəsində Gürcüstan futbolçusunun geri ötürmədə yol verdiyi səhvdən yararlanan Daniil Sikan topu ələ keçirərək cərimə meydançasının yaxınlığından dəqiq zərbə ilə hesabı açıb.

Qarşılaşmanın sonrakı dəqiqələrində təhlükəli qol imkanları çox olmayıb. Ukrayna yığması hesabdakı üstünlüyünü qorumağa çalışdığı müddətdə Gürcüstan millisi topa daha çox sahib olub və bir neçə dəfə təhlükəli hücum təşkil edib. Lakin Dmitri Riznik qapısını toxunulmaz saxlayaraq komandasının qələbəsində mühüm rol oynayıb.

Beləliklə, Ukrayna millisi qrupda üçüncü yeri tutaraq növbəti mövsüm də B Liqasında çıxış edəcək. Gürcüstan yığması isə yazda B Liqasında yerini qorumaq üçün pley-off oyunlarına çıxacaq.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb