18 noyabr 2026. Çərşənbə

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb


Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb

Ukrayna millisinin hücumçusu Daniil Sikan Gürcüstanla UEFA Millətlər Liqasının son turunda keçirilən oyunda 53-cü saniyədə fərqlənərək yığmanın tarixinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, bu, Ukrayna millisinin rəsmi qarşılaşmalarda vurduğu ən sürətli qol olub.Ukrayna yığması Gürcüstanı 1:0 hesabı ilə məğlub edib.

Görüşün yeganə qolunu Sikan artıq 53-cü saniyədə rəqib qapısından keçirib.

Ukrayna millisinin heyətində daha sürətli qollar Andrey Yarmolenko (15-ci saniyə) və Sergey Rebrov (46-cı saniyə) tərəfindən vurulub. Lakin hər iki qol yoldaşlıq görüşlərinə təsadüf edib.

Qeyd edək ki, Ukrayna millisi Millətlər Liqasının qrup mərhələsini üçüncü pillədə başa vurub. Qrupda Macarıstan və Şimali İrlandiya yığmaları daha yüksək yerləri tutublar.







Millətlər liqası

Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb