18 noyabr 2026. Çərşənbə

“Artıq tunelin sonunda işıq görünür”


“Artıq tunelin sonunda işıq görünür”

İtaliya millisinin və “Yuventus”un sabiq müdafiəçisi Corcio Kyellini yığmanın yeni baş məşqçi Roberto Mançininin rəhbərliyi altında çıxışını müsbət qiymətləndirib.

90deqiqe.Az-ın  “Football Italia” nəşrinə istinadən məlumatına görə, Kyellini komandanın son aylardakı inkişafından razı qaldığını bildirib.

“Əlbəttə, son oyunların fərqli nəticələnməsini istərdim. Düşünürəm ki, bu, gözləniləndən daha sürətlə irəliləyən prosesin başlanğıcıdır. Romada ilk məğlubiyyətdən sonra komanda xeyli inkişaf etdi. Ümumilikdə, turnirin son iki ayını müsbət qiymətləndirmək olar. Artıq tunelin sonunda işıq görünür”

Sabiq futbolçu qarşıda komandanı çətin yolun gözlədiyini də vurğulayıb:

“Qarşıda hələ uzun yol var və bu, asan olmayacaq. Səbir, güc və böyük iradə tələb olunacaq. Lakin hesab edirəm ki, millinin yenidən qurulması prosesini, eləcə də bu işlə məşğul olan insanları dəstəkləməliyik”.

İtaliya Millətlər Liqasında Belçika, Fransa və Türkiyə ilə oyunlarda 10 xal toplayıb. Lakin bu nəticə komandanın 1/4 finala yüksəlməsi üçün kifayət etməyib.







Millətlər liqası

“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb