19 noyabr 2026. Cümə axşamı

“O, futbolun ən yaxşılarından biridir”


 “O, futbolun ən yaxşılarından biridir”

Tanınmış ispaniyalı mütəxəssis Pep Qvardiola almaniyalı məşqçi Yurgen Kloppun məşqçilik keyfiyyətləri və futbol dünyasına təsiri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Qvardiola bu barədə “Bundesliga Magazine” nəşrinə müsahibəsində danışıb.

İspaniyalı məşqçi Kloppun futbolçulara öz oyun fəlsəfəsini aşılamaq və komandanı uğura aparmaq bacarığını yüksək qiymətləndirib.

“Yurgen futbolçuları öz oyun üslubuna inandıra biləcək və bundan sonra hər şey yenidən qaydasına düşəcək. Almaniyanın növbəti Avropa və ya dünya çempionatını qazanacağını heç kim deyə bilməz. Ancaq alman azarkeşlərin yenidən milli komandaları ilə fəxr edəcəklərinə 100 faiz əminəm.

Klopp futbolun ən yaxşılarından biridir. Ona nə qədər heyran olduğumu sözlə ifadə edə bilmirəm. O, futbol dünyamızı daha yaxşı edən insanlardan və məşqçilərdəndir. Onun xüsusi xarizması və insanlarla ünsiyyət qurmaq bacarığı var”, – deyə Qvardiola bildirib.







Millətlər liqası

 “O, futbolun ən yaxşılarından biridir”
  • Millətlər liqası
  • 23:43 19.11.2026
“O, futbolun ən yaxşılarından biridir”
“Artıq tunelin sonunda işıq görünür”
  • Millətlər liqası
  • 23:25 18.11.2026
“Artıq tunelin sonunda işıq görünür”
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb
  • Millətlər liqası
  • 02:19 18.11.2026
Daniil Sikan Ukrayna millisinin tarixinə düşüb