14 may 2026. Cümə axşamı

AFFA milliyə namizədlərin adlarını açıqlayacaq


AFFA milliyə namizədlərin adlarını açıqlayacaq

Bu gün “Bulvar otel”də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Corner.az xəbər verir ki, yanvarın 28-də AFFA-nın növbəti Konfransının keçirilməsi qərara alınıb.

AFFA-mım yaydığı məlumata görə, həmin vaxta qədər isə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdiriləcək və yanvarın 28-dəki növbəti Konfransdan sonra İcraiyyə Komitəsinin ilk iclasında siyahı təqdim olunacaq.

Qeyd edək ki, AFFA Avro-2020-nin seçmə mərhələsində millimizə başçılıq edən Nikola Yurçeviçlə ötən ilin sonunda yollarını ayırıb.







Milli komanda