14 may 2026. Cümə axşamı

Alanyaspor'un futbolçusu millimizə çağırıldı


Alanyaspor'un futbolçusu millimizə çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha bir yeni futbolçu dəvət edilib.


Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Alanyaspor"un futbolçusu Muhammet Mustafa Yıldırıma AFFA-dan dəvət gəlib.

Superliqa təmsilçisi "Alanyaspor"un U-19 komandasında çıxış edən hücumçu həmin yaş qrupu üzrə yığmamızın növbəti təlim-məşq toplanışına çağırılıb. Yıldırım millinin yanvarın 18-də start götürəcək Antalya toplanışına çağırılıb. Hazırlıq prosesi yanvarın 28-də yekunlaşacaq.

Qeyd edək ki, U-19 millimiz bu ilin oktyabrında Avropa çempionatının 2020-21 mövsümünün seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə qarşılaşacaq.. 







Milli komanda