- Milli komanda
- 19:00 02.12.2025
DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə milli komandamız bu gün yoxlama oyunu keçirib.
Corner.az xəbər verir ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda Özbəkistan yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
Bu komandalar sabah eyni məkanda daha bir yoxlama oyununda üz-üzə gələcəklər.
21 yanvar
Yoxlama oyunu
Azərbaycan – Özbəkistan 2:3
Qollar: Vassura, 23:01. E.Soorqali, 35:58 – D.Rahmatov, 02:49. İ.Ropiyev, 04:13. Ə.Usmanov, 28:41.
Qırmızı vərəqə: İ.Atayev, 34:08 (Azərbaycan), D.Rahmatov, 34:08 (Özbəkistan)
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı.