21 aprel 2026. Çərşənbə axşamı

U-23 millisinin yaradılması mənasız qərardır – Rəşad Sadıqov + VİDEO


U-23 millisinin yaradılması mənasız qərardır – Rəşad Sadıqov + VİDEO

“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində AFFA İcraiyyə Komitəsində qəbul edilən son qərarlar, millimizə baş məşqçi təyinatı məsələsi və sair məsələlər müzakirə olunub.

Corner.az-ın xəbərinə görə, verilişin qonaqları – “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-23 millisinin yaradılmasına da fikir bildiriblər. R.Sadıqov bu qərarı tənqid edib. O, belə bir millinin yaradılmasının mənasız olduğunu qeyd edib. “U-23-dənsə U-20 millisinin olması daha məqsədəuyğun olardı” – deyə o bildirib.

Verilişin U-23-lə bağlı müzakirəsinə videonun 2.35-ci dəqiqəsindən 8.40-cı dəqiqəsinədək olan hissəsində baxa bilərsiniz.







Milli komanda