21 mart 2026. Şənbə

Millimiz Keşlə'ni uddu, Neftçi'yə uduzdu


Millimiz Keşlə'ni uddu, Neftçi'yə uduzdu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.

Corner.az AFFA-nın  saytına istinadən xəbər verir ki, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimi 3:1 hesabı ilə qalib gəlib. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.

Bu gün isə "Neftçi-2" komandası ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə başa çatıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.







Milli komanda