Avcı Azərbaycandan təklif almışdı, ancaq...
Türkiyəli məşqçi Abdullah Avcı milli komandamızı çalışdırmayacaq.Corner.az xəbər verir ki, bunu onun "Başakşəhər"də işlədiyi vaxt köməkçisi olmuş Sərhat Gülpınar deyib. Gənc məşqçi "Radyospor"a açıqlamasında Avcının mövsümün sonuna qədər dincəlmək istədiyini bildirib:“Abdullah Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, qətiyyətlə mövsümün sonuna qədər istirahət edəcəyini bildirdi. Azərbaycan milli komandası üçün də təklif almışdı, ancaq alınmadı”.
Qeyd edək ki, 2019-cu ildən "Beşiktaş"ı çalışdıran Avcı uğursuz çıxışlara görə bu ilin yanvar ayında istefaya göndərilib.