23 oktyabr 2024. Çərşənbə

Rəşad Sadıqov yığma üçün ideal variantdır - Ağabala Ramazanov


Rəşad Sadıqov yığma üçün ideal variantdır -  Ağabala Ramazanov

"İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov deyib.

"Zirə" klubunda çıxış edən 27 yaşlı hücumçu bildirib ki, yığmada oyunçuları və onların xarakterini tanıyan mütəxəssis çalışmalıdır: "Ramil Şeydayev açıqlamasında Rəşad Sadıqov deyib. Şəxsən mən də Rəşad Sadıqov deyərdim. Nəyə görə? Çünki Ramil Şeydayev bu fikri səsləndiribsə, elə-belə deməyib. Bizim xarakterimizi bilən, matçlara kökləndirən ancaq xarakterli biri olmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov milli üçün ideal variantdır".

Qeyd edək ki, Rəşad Sadıqov daha öncə Azərbaycanın U-21 millisinə rəhbərlik edib. 







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"