- Milli komanda
- 14:00 14.11.2024
“Rəqiblərimiz maraqlıdır. Həm Kipr, həm Monteneqro, həm də Lüksembruqla qarşılaşmalar yaxşı olacaq. Onlarla oynamaq olar”.
Corner.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Riçard Almeyda deyib.
O, Millətlər Liqasında yığmamızın düşdüyü qrupu dəyərləndirib: “Bu komandalardan xal almaq olar. Xüsusilə ev oyunlarından maksimum nəticə əldə etməliyik. Qrupun birincisi olmaq məqsədilə oyunlara start verməliyik. Çünki elə rəqiblərdir ki, biz ilk pillədə qərarlaşa bilərik”.
Almeyda yığmanın baş məşqçisi ilə bağlı da fikirlərini açıqlayıb: “Baş məşqçi məsələsi ilə bağlı çox danışmaq istəmərəm. Lakin mətbuatda Rəşad Sadıqovun baş məşqçi ola biləcəyini oxuyanda çox sevindim. Bəlkə çoxları düşünər ki, o, gəncdir. Lakin onun xarakteri, bacarığı, şəxsiyyəti milli komandaya çox şey verə bilər. Təhsillidir, futbolu çox gözəl anlayır. Yerli futbolçuların düşüncə tərzini, onları nəzarətdə saxlamaq keyfiyyətlərinə sahibdir. Bir növ onu Qurban Qurbanova bənzədərdim. Onu yığma üçün ən uğurlu variant hesab edirəm. Həqiqətən belə olsa, sevinərəm, çox uğurlu olar”.