- Milli komanda
- 14:00 14.11.2024
Abdullah Avcı ilə razılığa gələ bilməyən AFFA-da daha bir tükiyəli məşqçi Ersun Yanalla danışıqlara başlayıb.
Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, federasiya rəhbərliyi Azərbaycan millisini çalışdırması üçün 56 yaşlı mütəxəssislə danışıqlar aparır.
Onun Fənərbaxça ilə yollarını ayırdıqdan sonra yenidən AFFA-nın gündəminə gəldiyi bildirilib. Xəbərdə Yanalla yanaşı, yığmanı çalışdırmaq üçün Cesare Prandelli və Canni De Byazinin adları da siyahıdadır.