21 mart 2026. Şənbə

Millimiz Polşaya məğlub oldu


Millimiz Polşaya məğlub oldu

Qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Corner.az-ın məlumatına görə, D qrupunda yer alan yığma 4-cü sınağında Bakıda Polşa seçməsi ilə qarşılaşıb. "ASK Arena"dakı görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçi olduğu yığma buna qədər qrupda keçirdiyi oyunlarda İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabı ilə uduzub.

AVRO-2021

Seçmə mərhələ, IV tur

D qrupu

11 mart

18:00. Azərbaycan - Polşa - 0:5

Qollar: Eva Pajor, 19, 90+1, Aleksandra Şikora, 44, 90+3, Agata Tarjinska, 90  







Milli komanda