- Milli komanda
- 16:52 13.01.2026
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə – Azərbaycan oyunu təxirə salınıb.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.
Qarşılaşma martın 26-na nəzərdə tutulmuşdu.