5 dekabr 2025. Cümə

Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq - Canni de Byazi


Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq - Canni de Byazi

"Ailəm və özümlə bağlı hər şey qaydasındadır. Karantində deyilik".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən olan Canni de Byazi koronavirusla bağlı İtaliyadakı vəziyyət barədə danışarkən deyib. 

64 yaşlı mütəxəssis bildirib ki, ölkədə vəziyyət mürəkkəbdir: "Avropanın bir çox ölkəsində olduğu kimi, İtaliyada da durum ürəkaçan deyil. İnsanlar vaxtlarının böyük hissəsini evlərində keçirir. Çölə yalnız alış-veriş və dərman almaq üçün çıxırıq. Ölkədə ciddi tədbirlər görülür. İngiltərə kimi ölkələrdən fərqli, İtaliyada hamı yoxlanılır. Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq".

De Byazi AFFA-dan 2 milyon avro istəməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatların doğru olmadığını söyləyib. O, milli assosiasiya ilə danışıqların hansı mərhələdə olması barədə isə fikir bildirmək istəməyib.

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu