22 iyun 2026. Bazar ertəsi

Neftçi millimizin futbolçusunu transfer etdi


Neftçi millimizin futbolçusunu transfer etdi
Neftçi transfer çalışmalarını davam etdirir.

Corner.az Goal.az-a istnadən xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi yeni komansıdanın heyətində "33 nömrə"li formanı geyinəcək.

Əlincə-nin yetirməsi olan Turan Qarabağ-ın və Türkiyənin Fenerbahçe klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi