21 noyabr 2024. Cümə axşamı

Halldorsson "Qarabağ"dan ayrılmaq istəyir


Halldorsson "Qarabağ"dan ayrılmaq istəyir

"Qarabağ-da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.

Corner.az xəbər verir ki, bunu Qarabağ-ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə mövsümün ilk yarısını dəyərləndirərkən deyib.

İslandiya millisinin heyətində 2018-ci il dünya çempionatında iştirak edəndən sonra Danimarkanın Randers klubundan Ağdam təmsilçisinə keçən 34 yaşlı qapıçı zədəsinin ona problem yaratdığını söyləyib: “Orada çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silva transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur".

Bakıda Sporting-ə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən Halldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb. Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb.

Təcrübəli qolkiper sonda gələcək karyerası barədə götür-qoy etdiyini açıqlayıb: “İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda Qarabağ-la iki illik müqavilə bağlayıb. (report)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi