5 dekabr 2025. Cümə

AFFA Di Françeskonun millimizə namizəd olması xəbərinə münasibət bildirdi - YENİLƏNİB


AFFA Di Françeskonun millimizə namizəd olması xəbərinə münasibət bildirdi - YENİLƏNİB

"Azərbaycan milli komandasında baş məşqçi məsələsi ilə bağlı hər hansı yenilik yoxdur".


Corner.az xəbər verir ki, bunu “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla italiyalı mütəxəssis Eusebio Di Françeskonun yığmada baş məşqçi postuna namizəd olmasına münasibət bildirərkən deyib.

Federasiya rəsmisi nəinki Di Françesko, heç bir namizədlə bağlı yeniliyin olmadığını vurğulayıb.

Qeyd edək ki, Türkiyənin "Fotospor" nəşri Eusebio Di Françeskonun Azərbaycan millisindən təklif aldığını yazıb


***

Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Corner.az-ın "Fotospor"a istinadən verdiyi məlumata görə, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.

Hazırda 50 yaşlı mütəxəssis ilə Türkiyənin "Fənərbaxça" klubu da maraqlanır.

Qeyd edək ki, daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu