11 may 2026. Bazar ertəsi

Millimiz mövqeyini qorudu - FİFA reytinqi


Millimiz mövqeyini qorudu - FİFA reytinqi

FIFA milli komandaların yeni siyahısını açıqlayıb. 

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın yeri dəyişməz qalıb. Hazırda baş məşqçisiz qalan millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.    

Digər yığmalardan əksəriyyətinin də mövqeyində ciddi dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq matçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.







Milli komanda