22 iyun 2026. Bazar ertəsi

Millimizi çalışdırmağa serb namizəd


Millimizi çalışdırmağa serb namizəd

Qurban Qurbanovun gedişindən sonra Azərbaycan millisində boş qalmış baş məşqçi postuna axtarışlar davam edir.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, yığmamızı çalışdırmağa daha bir namizəd serbiyalı Slavolyub Muslindir. 65 yaşlı mütəxəssis hazırda Səudiyyə Ərəbistanının Al-Feiha klubunu çalışdırır. Ancaq onun iş yerini dəyişərək Azərbaycan yığmasının "sükanı arxası"na keçmək ehtimalının olduğu vurğulanıb.

2016-2017-ci illərdə o, Serbiya yığmasına rəhbərlik edib. Muslin həmin vaxt ölkəsinin komandasını DÇ-2018-in final mərhələsinə daşısa da, vəzifəsindən qovulub.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi