- Milli komanda
- 16:52 13.01.2026
21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki İsveçrə – Azərbaycan matçının vaxtı açıqlanıb.
Corner.az-ın məlumatına görə, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.
Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib.
Qeyd edək ki, martın 26-da keçirilməli olan qarşılaşma koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.