22 oktyabr 2024. Çərşənbə axşamı

“Neftçi” rəsmisi: “Ümidvarıq ki, Vergi Məcəlləsindəki dəyişiklikdən sonra idman sektorunda daha çox sponsor görəcəyik”


“Neftçi” rəsmisi: “Ümidvarıq ki, Vergi Məcəlləsindəki dəyişiklikdən sonra idman sektorunda daha çox sponsor görəcəyik”

“Vergi qanunvericiliyində bəzi dəyişikliklər olub. Müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələrə güzəştlər tətbiq olunur”.

Corner.az bildirir ki, “Report”un məlumatına görə, bunu “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov paytaxt klubu ilə “Meqa Sığorta” şirkəti arasında sponsorluq müqaviləsi imzalanma mərasimində deyib. O, bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik idman sektoruna yeni sponsorların cəlb edilməsi baxımından əhəmiyyətli olacaq: “Ümidvarıq ki, idman sektorundan daha çox sponsor görəcəyik və onların dəstəyi artacaq. Mətbuatın da bu məsələdə idman müəssisələrinə dəstək olmasını rica edirik. Yeniliklər ictimaiyyətə daha geniş formada işıqlandırılsa, kommersiya təşkilatlarının da marağı artacaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, maddə 106.1.18-ə uyğun olaraq, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə vergidən azad olunur. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"