20 mart 2026. Cümə

“Sumqayıt” baxışa daha bir futbolçu cəlb edib


“Sumqayıt” baxışa daha bir futbolçu cəlb edib
“Sumqayıt” klubu baxışa daha bir futbolçu cəlb edib.

Bu barədə “Report”a hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, bildirib ki, qış fasiləsində “Sabah”dan ayrılan Elvin Bədəlovu sınaqdan keçirəcəklər. 24 yaşlı mərkəz müdafiəçisinə yoxlama oyunlarında şans veriləcək.

Portuqaliyanın II divizionunun Şimal zonasında mübarizə aparan “Louletano”dan ayrılan Valeh Seyidov da hazırda “Sumqayıt”ın düşərgəsində baxışdadır.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramovla Rəşad Əzizlini heyətinə cəlb edib. Bundan başqa “Zirə”dən müdafiəçi Adil Nağıyevi alan “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.






Milli komanda