30 yanvar 2026. Cümə

Roy Kin millimizin baş məşqçisi olur?


Roy Kin millimizin baş məşqçisi olur?

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin millimizin baş məşqçisi təyin oluna bilər.

Corner.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, ona Millətlər Liqasında  yığmanın baş məşqçisi olmaq təklif olunub.

Xəbərdə Millətlər Liqasında C qrupunda yer alan Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğu vurğulanıb.

Nəşr yazıb ki, Roy Kinə göndərilən şərtlər cəlbedicidir və o, bunun doğru seçim olduğunə əmin olacağı təqdirdə, yığmada işləməyə razı ola bilər. R.Kinin 48 saat ərzində cavab verməli olduğu bildirilib.

AFFA-ya yaxın mənbə təsdiqləyib ki, Kin Azərbaycan millisi üçün ən yaxşı seçimdir. Ancaq onlar tezliklə bir qərar verilməsini gözləyirlər.

Qeyd edək ki, R.Kin hazırda televiziyaların birində ekspert kimi işləyir. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 48 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.(qol)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu