23 oktyabr 2024. Çərşənbə

AFFA Roy Kinlə danışıqları təsdiqlədi


AFFA Roy Kinlə danışıqları təsdiqlədi

AFFA Azərbaycan milli komandasının baş məşqçi postuna İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.

O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib.

"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb" - deyə milli assosasiya rəsmisi əlavə edib.

Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb.

1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olan oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasınə geyinib (Report).







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"