21 noyabr 2024. Cümə axşamı

Zirə-nin 20-ci sınağı


Zirə-nin 20-ci sınağı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün Bakı vaxtı ilə saat 17:00-da ilk yoxlama oyununu keçirəcək.

Corner.az-ın Goal.az-a istinadən məlumatına görə, bakılılar Qazaxıstanın “Taraz” klubu ilə görüşəcək.

Bu, "Zirə"nin Qazaxıstan təmsilçiləri ilə 2-ci dueli olacaq. Təmsilçimiz indiyədək yalnız 1 dəfə bu ölkədən olan komanda ilə üz-üzə gəlib. Bu, 3 il əvvəl baş verib. 2016-cı il yanvarın 16-da Antalyada hazırlıq keçən “Zirə” “Ordabası” ilə qarşılaşıb. Həmin görüşdə Premyer Liqa təmsilçisi 1:4 hesabı ilə uduzub. “Zirə”nin yeganə qoluna Nurlan Novruzov imza atıb. O, görüşün 55-ci dəqiqəsində, hesab 0:2 olarkən Qazaxıstan klubunun qapısına yol tapıb.

Bugünkü matç “Zirə”nin ümumilikdə Antalyada 20-ci yoxlama oyunu olacaq. İndiyədək “Zirə” qonşu ölkədə 19 dəfə qüvvəsini sınayıb. Bu görüşlərdən birində rəqib Azərbaycan təmsilçisi “İnter” (indiki “Keşlə”) olubsa, digər 18 yoxlama oyunu beynəlxalq xarakter daşıyıb.

Bakılılarla dueldə 2:0 hesabı ilə qalib gələn “Zirə” xarici klublarla duellərdə 7 qələbə qazanıb, eyni sayda da məğlubiyyət alıb və 4 heç-heçə edib. Beynəlxalq yoxlama qarşılaşmalarında 23 qol vuran "Zirə" 18 top buraxıb.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi