26 aprel 2026. Bazar günü

Canni De Byazi ilə müqavilə imzalandı


Canni De Byazi ilə müqavilə imzalandı
 Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.
 
Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, tərəflər arasında bu gün müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.






Milli komanda