26 aprel 2026. Bazar günü

La Liqanın rəsmi səhifəsi Byazi'ni təbrik etdi - FOTO


La Liqanın rəsmi səhifəsi Byazi'ni təbrik etdi - FOTO

İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.

Corner.az-ın məlumatına görə, bu münasibətlə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib.

Qeyd edək ki, Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.







Milli komanda