5 dekabr 2025. Cümə

Azərbaycan – Lüksemburq matçı neytral meydanda oynana bilər


Azərbaycan – Lüksemburq matçı neytral meydanda oynana bilər

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburqla ev oyununun məkanı dəyişdirilə bilər. 

Corner.az “wort.lu” saytına istinadən xəbər verir ki, yekun qərar 15-20 avqustda UEFA-nın videokonfrans formatında keçiriləcəyi iclasda veriləcək.

Bildirilir ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər var. Bu səbəbdən də qarşılaşma sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib. Federasiya rəhbəri Luksemburqda hər hansı bir komandanı qəbul etməkdə heç bir porblemin olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, C Liqasının I turu çərçivəsində Azərbaycan – Lüksemburq oyunu Bakı Olimpiya Stadionunda keçirməlidir.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu