9 may 2026. Şənbə

Millimizin toplanışa başlayacağı vaxt açıqlandı


Millimizin toplanışa başlayacağı vaxt açıqlandı

Azərbaycan millisinin toplanışa başlayacağı vaxt müəyyənləşib. 

Corner.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində çıxış edərkən məlumat verib.

O, hazırlıq prosesinin avqustun 28-də gerçəkləşəcəyini diqqətə çatdırıb: "Milli komandaya yeni təyin olunan baş məşqçinin bizə bildirdiyinə görə, avqustun 28-də milli toplaşacaq. Onun fikrinə hörmətlə yanaşdıq. Qərara aldqı ki, çempionatı 21-də başlayaq ki, baş məşqçi futbolçuları görə bilsin. 1 turdan sonra fasilə olacaq".

Qeyd edək ki, AFFA Azərbaycan millisinin baş məşqçi postuna Canni de Byazini gətirib. 







Milli komanda