12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

İlk ev qolu


İlk ev qolu

Millətlər Liqasının IV turunun Malta ilə oyununda Azərbaycan yığmasının bərabərlik qoluna imza atan Araz Abdullayevin qolu tarixə düşüb.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, bu qol yığmamızın turnirdəki ev oyunlarında rəqib qapısından keçirdiyi ilk topdu.

Öz meydanındakı ilk görüşdə Kosovonun qapısına yol tapa bilməyən milli Bakı Olimpiya Stadionundakı həsrəti 143-cü dəqiqədə qırıb.

Araz isə yığmanın heyətində 3-cü qolunu vurub. Abdullayev əvvəlki iki qola ötən il imza atmışdı. Martın 3-də Qətərlə səfərdəki yoxlama matçında (2:1) fərqlənən yarımmüdafiəçi sentyabrın 5-də San-Marino ilə DÇ-2018-in seçmə oyununda qol sevinci yaşamışdı. O, 404 gündən sonra qol vurmağı bacarıb.

Qeyd edək ki, Araz 3-cü qolunu yığmadakı 29-cu matçında vurub. 







Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı