Ramil Şeydayev cərimələndi
Azərbaycan millisinin və Rusiyanın Krılya Sovetov klubunun hücumçusu Ramil Şeydayev Rusiyada cərimələnib. Corner.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Məhkəmə Pristavları Xidməti məlumat yayıb. 22 yaşlı hücumçu yol hərəkəti qaydalarına riayət etmədiyi üçün onun hesabında bir ödənilməmiş cərimə var. Həmçinin oktyabrın 14-də "Krılya Sovetov"un futbolçuları Yevgeni Başkirov və Georgi Tigiyev sərxoş halda avtomobil idarə etdikləri üçün saxlanılıblar. Qeyd edək ki, bir neçə gün öncə Rusiya yığmasının futbolçuları Aleksandr Kokorin və Pavel Mamaev kütləvi davada iştirak etdiklərinə görə 2 ay müddətinə həbs olmuşdular.