21 mart 2026. Şənbə

Azərbaycan UEFA reytinqində irəlilədi


Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub. 

Corner.az-ın məlumatına görə, bu "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini məğlub etməsi sayəsində gerçəkləşib - 4:0. 

Qələbəyə görə ölkənin aktivinə 0,375 xal yazılıb və Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna səbəb  həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın "Dinamo"ya (Brest) 3:6 hesabı ilə uduzması olub. 

Hələ ki, UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları bu gün Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR qələbə qazansalar ölkə 24-cü sıradakı mövqeyini itirə bilər. 

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.







Milli komanda