- Milli komanda
- 14:00 14.11.2024
2019/2020 mövsümünün sonunda "Sumqayıt"ı Yunanıstan "Atromitos"una dəyişən israilli futbolçu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.
Corner.az "Fosonline.gr" saytına istinadən xəbər verir ki, millinin yeni baş məşqçisi İsrail əsilli 28 yaşlı yarımmüdafiəçini UEFA Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına dəvət edib.
İddiaya görə, artıq bununla bağlı AFFA-dan Afina klubuna məktub göndərilib. Ağayev 31 avqust - 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılmalıdır.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.