21 mart 2026. Şənbə

AFFA Ağayevlə bağlı FİFA-ya müraciət etdi


AFFA Ağayevlə bağlı FİFA-ya müraciət etdi

AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan millisində çıxış edə bilməsi üçün müvafiq qaydada FİFA-ya müraciət ünvanlayıb.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin millinin təlim-məşq toplanışına çağırılması ilə bağlı "Atromitos" klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.







Milli komanda