21 mart 2026. Şənbə

Azərbaycan Qarabağ'la irəlilədi - UEFA reytinqində


Azərbaycan Qarabağ'la irəlilədi - UEFA reytinqində

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ardından reytinq cədvəlini yeniləyib.

Corner.az xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyi  dəyişib.

“Qarabağ”ın Moldova təmsilçisi “Şerif”i 2:1 hesabı ilə məğlub etməsi ilə ölkəmiz bir pillə irəliləyib.

Bu oyunlaradək Azərbaycan UEFA reytinqində 26-cı sırada idi. Ancaq Rumıniya klubu ÇFR-in öz meydanında Xorvatiya təmsilçisi “Dinamo” ilə 2:2 hesablı heç-heçə edərək 25-ci pilləni ölkəmizə təhvil verib.

Xatırladaq ki, Azərbaycanın aktivində 15, 125 xal var.







Milli komanda