21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlaıb.
Corner.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç 22 futbolçunu siyahıya əlavə edib.
Yığma komandamız avqustun 28-dən etibarən təlim-məşq toplanışına qoşulacaq. U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da Fransa ilə qarşılaşacaq.
U-21 yığmamızın heyəti: Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Turan Manafov (hər ikisi “Səbail”), Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Samir Məhərrəmli, Ozan Can Kökçü (hamısı “Sabah”), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov (hər ikisi “Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Mərt Çelik, Əmrə Kaplan (hər ikisi “Başakşəhər”, Türkiyə), Fərid Nəbiyev (“Viktoriya”, Çexiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə).